RU
Ərdoğan Rusiya-Ukrayna müharibəsi barədə:
20:50
521

Ərdoğan Rusiya-Ukrayna müharibəsi barədə: "Qalib olmayacaq, bəşəriyyət uduzur"

Ukraynada mülki şəxslərə hücumlar Ankaranın vasitəçiliyi ilə Moskva ilə Kiyev arasında aparılan danışıqların uğurlu gedişini ləngitdi.

7NEWS.Az "Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Tərəflər danışıqlarda nəzərəçarpacaq irəliləyiş əldə ediblər, lakin Buça və İrpinin görüntüləri, Kramatorsk mülki şəxslərinin hədəf kimi istifadə edilməsi bizim səylərimizə kölgə salır”, - deyə Ərdoğan təəssüflə bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə Ukraynada hərbi əməliyyatların dayandırılması və Moskva ilə Kiyev arasında davamlı sülhün əldə olunması üçün bütün lazımi səyləri davam etdirəcək:
"İki qonşumuz arasında atəşkəsə nail olmaq, daha sonra isə davamlı sülhə nail olmaq insanlıq naminə edilən ən yaxşı işlərdən biri olacaq.

Bu müharibədə qalib olmayacaq, çünki bütün bəşəriyyət uduzur. Əslində, münaqişələr davam etdikcə həm insan itkiləri, həm də iqtisadi xərclər artır. Dünyamız böyük qeyri-müəyyənliyə doğru sürüklənir".

Ərdoğan əminliklə deyib ki, Türkiyə İstanbulda Rusiya-Ukrayna danışıqlarının "tərəfləri və beynəlxalq ictimaiyyəti qane edən” nəticəyə nail olmağa çalışacaq.
Prezident Ərdoğan Ukrayna böhranının dialoq yolu ilə və Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması əsasında sülh yolu ilə həllinin mümkün olacağına əminliyini ifadə edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ