RU
Ərdoğan Türkiyədə daha bir təbii qaz yatağının kəşf olunduğunu açıqlayıb
23:10
1099

Ərdoğan Türkiyədə daha bir təbii qaz yatağının kəşf olunduğunu açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində daha bir təbii qaz yatağının kəşf olunduğunu açıqlayıb.

Bu barədə Türkiyə dövlət başçısı hökumətin 2022-ci ilin son iclasından sonra çıxışında deyib.

Onun sözlərinə görə, Qara dənizdə "Fatih" qazma gəmisi "Caycuma-1" sahəsində 3 023 kilometr dərinlikdə 58 milyard kubmetr təbii qaz ehtiyatını kəşf edib: "Məlumatların təhlili nəticəsində daha əvvəl elan etdiyimiz 540 milyard kubmetrlik ehtiyatımız 652 milyard kubmetrə çatıb".

Türkiyə Prezidenti, ümumilikdə bu rəqəmin 710 milyard kubmetr təşkil etdiyini vurğulayıb. O, 2023-cü ildə Aralıq dənizində daha iki kəşfiyyat-axtarış işləri aparılacağını elan edib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ