RU
Ərdoğan və Lukaşenko regional məsələləri müzakirə ediblər
13:30
112

Ərdoğan və Lukaşenko regional məsələləri müzakirə ediblər

Qazaxıstanın paytaxtı Astana şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Belarusun dövlət başçısı Aleksandr Lukaşenko arasında görüş olub.

Bu barədə Türkyə Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, liderlər Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası çərçivəsində bir araya gəliblər.

R.T.Ərdoğan və A.Lukaşenko regional məsələləri və ikitərəfli əlaqələri müzakirə ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ