RU
Ərdoğan Vladimir Putin və Volodimir Zelenski ilə danışıqlar aparacaq
12:40
46

Ərdoğan Vladimir Putin və Volodimir Zelenski ilə danışıqlar aparacaq

"Ukrayna üçün ədalətli sülh əldə olunmalıdır. Çünki torpaqları işğal altındadır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.

O xatırladıb ki, martın sonunda Rusiya və Ukrayna nümayəndələri İstanbulda bir araya gəliblər: "O zaman biz sülhün əldə olunacağı ilə bağlı daha ümidli idik”.

M.Çavuşoğlunun sözlərinə görə, hazırda yeni reallıqlar yaranıb: "Ukrayna üçün durum daha həssasdır. Çünki onun torpaqları işğal olunub”.

XİN başçısı bildirib ki, tərəflər zəif mövqedə masaya oturmaq istəmirlər: "Hər iki tərəf müharibənin qalibinin olmayacağını anlayanda, onların müzakirə masasına qayıtmaları daha asan olacaq”.

O vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə müzakirə aparacaq: "Ümidimiz hələ də var. Məqdəsimiz liderləri bir araya gətirməkdir".

M.Çavuşoğlu söyləyib ki, Ukraynada müharibənin uzanmasını istəyən Qərb ölkələri var: "Sülh üçün onları da razı salmaq lazımdır”./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ