>
RU
lombard
Ərdoğanı daşıyan təyyarə təcili eniş etdi - VİDEO
13:20
728

Ərdoğanı daşıyan təyyarə təcili eniş etdi - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın olduğu təyyarə təcili eniş edib.

 7News.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, helikopter Artvindən havaya qalxdıqdan sonra güclü yağış səbəbindən Rizə Hava Limanına məcburi eniş edib.

Prezident onu "Büyükköy"də gözləyən vətəndaşlara telefonla zəng edib:

"Hava şəraiti Madenli və Büyükköyə enməyimizə icazə vermədi. Əslində Trabzona getməyimizə imkan vermədi. İndi Rizenin mərkəzinə endik. Buradan Trabzona quru yolla gedəcəyik. İnşallah sonra qayıtdığım zaman görüşəcəyik. Bayramınız münasibətilə sizi təbrik edirəm. Bayramınız mübarək, Allah bizi bir araya gətirsin. Hörmət və sevgimi göndərirəm. ",- deyə o, qeyd edib.

Hava şərtləri səbəbindən dövlət başçısı quru yolu ilə Trabzona yollanıb. Daha sonra isə təyyarə ilə Trabzondan ayrılıb.



Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ