Ermənistanda əsgər özünü güllələyib.
7NEWS.Az "Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, hadisə noyabrın 15-də Qeqarkunik rayonundakı hərbi hissədə qeydə alınıb.
Bildirilir ki, 1992-ci il təvəllüdlü müqaviləli əsgər Georgi Xaçatur Avetyan odlu silahla ehtiyatsız davranma zamanı xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, bir gün sonra ölüb.
7NEWS.Az








