>
RU
lombard
Erməni hərbçi sərxoş olub kafedə dava saldı
15:10
377

Erməni hərbçi sərxoş olub kafedə dava saldı

Son vaxtlar Ermənistan ordusunun şəxsi heyəti arasında geniş yayılan spirtli içkilərə aludəlik səbəbindən baş verən cinayətlərin sayı artıb.

Bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

Bildirilib ki, bu günlərdə Ararat şəhərində içkili vəziyyətdə nalayiq hərəkətlərə yol verən daha bir hərbçi həbs edilərək yerli polis bölməsinə aparılıb. Şəhərdəki kafelərdən birində yüksək dozada spirtli içki qəbul edən Mariam Petrosyan kafe əməkdaşalrı ilə mübahisə edib. Kafedən qovulduqdan sonra şəhər sakinlərinə qarşı nalayiq hərəkətlər edən M.Petrosyan polislər tərəfindən saxlanılıb.

Bölmədə yoxlama zamanı sərxoş şəxsin hərbçi olduğu məlum olduqdan sonra o, hərbi polisə təhvil verilib. (modern.az)

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ