RU
Erməni separatçıdan təhrikçi çağırış: “Ordunu və ölkəni hazırlayın!“
17:20
1046

Erməni separatçıdan təhrikçi çağırış: “Ordunu və ölkəni hazırlayın!“

"Ağzınızı yumun, ordunu və ölkəni hazırlayın”.

7News.Az "Armenian News”a istinadla xəbər verir ki, bunu qondarma Qarabağ Respublikasının sabiq "müdafiə naziri” və "Təhlükəsizlik Şurasının keçmiş katibi” Samvel Babayan bildirib.

O, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın erməni tərəfinin Azərbaycana deyil, "bir qarış torpaq da qaytarılmasın” prinsipinə məğlub olması barədə açıqlamasını şərh edib. Samvel Babayan deyib: "Birinci prezidentə münasibətdə deyə bilərəm ki, 1992-ci ildə müxalifət də daxil olmaqla, bütün insanlar Şaumyan və Martakertin təslim edilməsinə razı olmuşdular. Niyə? Çünki döyüşə hazır deyildik. Vəziyyət dəyişən kimi irəlilədik, hamı reallığı unudaraq qalib gələn prezident haqqında danışmağa başladı. Eyni şey indi baş verir. 10 gündən çoxdur ki, türklər irəliləyiblər və hamı bu barədə danışır. Cavab varmı? Cavab yoxdur. Bu, tam olaraq haqqında danışdığım şeydir. Ancaq mənə dedilər ki, heç nə olmayıb, hər şeyi avtomatla qoruyacağıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ