RU
Ermənilər əsirlikdə olan bu azərbaycanlını geri qaytarmaq istəyir - FOTO
13:58
454

Ermənilər əsirlikdə olan bu azərbaycanlını geri qaytarmaq istəyir - FOTO

"Azərbaycan vətəndaşı Elnur Hüseynzadəni Bakıda saxlanılan erməni əsirlərdən biri ilə dəyişdirməyə hazırıq”.

Bunu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların nümayəndəsi Artak Nersisyan deyib.

Artak Nersisyan Hüseynzadənin qarşılıqlı anlaşma əsasında qaytara biləcəklərini bildirib.

Qeyd edək ki, Bərdə rayon sakini olan Elnur Hüseynzadə 2017-ci ildə cəbhənin Talış istiqamətindəki aralıq xəttində erməni hərbçilər tərəfindən əsir götürülüb.

Azərbaycan Müdafiə Nazirliyi Elnur Hüseynzadənin hərbçi olmadığını açıqlayıb.
Ermənilər əsirlikdə olan bu azərbaycanlını geri qaytarmaq istəyir - FOTO
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ