RU
Ermənistan parlamenti yeni tərkibdə işə başladı
14:00
210

Ermənistan parlamenti yeni tərkibdə işə başladı

Bu gün 8 -ci çağırış Ermənistan Milli Məclisinin ilk iclası başlayıb.

7News.Az "Armenian News”a istinadla xəbər verir ki, ilk iclasda millət vəkilləri gizli səsvermə yolu ilə parlamentin sədrini və onun müavinlərindən birini seçəcək. Namizədlərdən biri müxalifətin nümayəndəsi olmalıdır.

Seçkilərdə qalib gələn Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası, əvvəlki parlamentdə vitse-spikerlərdən biri olan Alen Simonyanı parlamentin spikeri vəzifəsinə irəli sürüb.

Yeni parlamentdə 107 millət vəkili var. "Vətəndaş Müqaviləsi" partiyası 71 mandat alıb. "Ermənistan" bloku 29, "Şərəfim var" bloku 7 mandat sahibidir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ