RU
Ermənistan parlamentində Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı dinləmələr keçiriləcək
16:06
102

Ermənistan parlamentində Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı dinləmələr keçiriləcək

Ermənistan parlamentində noyabrın 25-də Azərbaycan da daxil olmaqla ölkə sərhədlərinin demarkasiyası və delimitasiyasına dair dinləmələr keçiriləcək.

Bu barədə Ermənistanın qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

 

"Noyabrın 25-də "Ermənistan” fraksiyasının təqdim etdiyi "Sərhədin delimitasiyası və demarkasiyası problemləri” layihəsi mövzusunda parlament dinləmələri keçiriləcək”, - parlamentin yaydığı bəyanatda qeyd olunur.

Məlumat üçün qeyd edək ki, "Ermənistan” fraksiyasına ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan başçılıq edir

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ