RU
Ermənistan sərhədə müşahidəçi göndərmək üçün ATƏT-ə də müraciət edib
19:40
55

Ermənistan sərhədə müşahidəçi göndərmək üçün ATƏT-ə də müraciət edib

Ermənistan Azərbaycanla sərhədə müşahidəçilər göndərmək üçün ATƏT-ə müraciət edib.

7NEWS.Az "news.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan norveçli həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.
Mirzoyanın sözlərinə görə, hazırda Ermənistan-Azərbaycan sərhədinə ATƏT-dən müşahidəçilərin göndərilməsinin mümkünlüyü müzakirə olunur. Onların Ermənistan ərazisində yerləşdirilməsi planlaşdırılır.

"Biz bu məsələyə yaxın vaxtlarda aydınlıq gətirəcəyik”, - nazir bildirib.

Aİ-nin mülki missiyası ilə bağlı Mirzoyan əlavə edib ki, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olunması məsələsində beynəlxalq iştirakı gözləyir.

Xatırladaq ki, artıq Aİ Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsini təsdiqləyib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ