Ermənistan-Türkiyə sərhədi yaxınlığında 5.1 bal gücündə zəlzələ baş verib.
7NEWS.Az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Zəlzələnin dərinliyi 10 km, 7 bal gücündə olub. Zəlzələ Şirak vilayətində 2-3, İrəvanda 2 bala qədər hiss olunub.
18:27
Türkiyənin Ərdahan vilayətinin Gölə rayonunda 5 bal gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Əlavə olunub ki, Qars və Ərzurumda da hiss edilən yeraltı təkanlar 17.08-də qeydə alınıb.
7NEWS.Az








