Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 25 yoluxma halı qeydə alınıb.
7NEWS.Az-ın "Sputnik Armenia"-ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 422 762-yə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 8 621 nəfərdir.
7NEWS.Az








