Erməni əsgərlərin qalıqları Ermənistanın Geğarkunik bölgəsi Martuni meyitxanasında da saxlanılır.
7News.Az "Armenian News”a istinadla xəbər verir ki, bunu Martuni meyitxanasının patoloqu Artaş Xaçatryan bildirib. "Müayinələr aparılır, cəsədlər soyuducuda saxlanılır".
Xaçatryan cəsədlərin sayını açıqlamaqdan imtina edib. "Cəsədlər müharibə vaxtından günümüzə qədər müxtəlif vaxtlarda gətirilib. Məsələn, bu gün artıq üç cəsəd müəyyən edilmişdir. Bu rəqəm hər gün artır. Çox sayda cəsəd. Son qalıqlar Abovyanın meyitxanasından gətirilib”.
Xatırladaq ki, bir neçə gündür internetdə Məhkəmə Tibbi Elmi-Praktik Mərkəzinin Abovyan filialında çəkilən əsgər qalıqlarının yerdə torbalarda necə yatdığını göstərən fotolar paylaşılır. Bu fotoların həqiqiliyini Ermənistan səhiyyə naziri vəzifəsini icra edən Anahit Avanesyan təsdiqləyib.








