RU
Ermənistanda deputat Narek Karapetyanın evində axtarış aparılıb
11:50
25

Ermənistanda deputat Narek Karapetyanın evində axtarış aparılıb

Ermənistanda müxalifətdə olan "Güclü Ermənistan" blokunun seçki siyahısına rəhbərlik etmiş deputat Narek Karapetyanın evində bu gün səhər saatlarından etibarən hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb.

Bu barədə "Novosti-Armeniya" agentliyi məlumat yayıb.

Ermənistan İstintaq Komitəsindən agentliyə bildirilib ki, axtarışlar cinayət işi çərçivəsində aparılan istintaq hərəkətləridir.

Qeyd edək ki, Narek Karapetyan parlament seçkilərində "Güclü Ermənistan" blokundan deputat seçilib. O, həmçinin Rusiyada fəaliyyət göstərən "Taşir" şirkətlər qrupunun sahibi, milyarder Samvel Karapetyanın qardaşı oğludur.

Bundan əvvəl məhkəmə Narek Karapetyan barəsində ölkədən çıxışa qadağa və 1 milyard dram məbləğində girov qətimkan tədbiri seçib.

Ona Ermənistan Cinayət Məcəlləsinin zor tətbiq etmə hədəsi, şantaj və ya maddi təşviq yolu ilə şəxsləri qanuni və ya qanunsuz toplantılarda iştiraka məcbur etmə, eləcə də xüsusilə külli miqdarda cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (pul yuyulması) maddələri ilə ittiham irəli sürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ