RU
Vəzifəsindən azad edilən Elçin Yusubov kimdir? - DOSYE
12:36
62

Vəzifəsindən azad edilən Elçin Yusubov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.

7News.Az vəzifəsindən azad edilən Elçin Yusubovun dosyesini təqdim edir.

Elçin Mustafa oğlu Yusubov 1975-ci il avqustun 8-də anadan olub.

O, 1996-cı ildə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu idarəetmənin təşkilatçısı, 1998-ci ildə isə Azərbaycan Dövlət İqtisad İnstitutunu kredit iqtisadçısı ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə özəl sektorda başlayan Elçin Yusubov müxtəlif illərdə Ticarət Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Əmlak Komitəsində, həmçinin Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

Daha sonra Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baş direktorun müavini, baş direktorun birinci müavini, baş direktor və Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisi vəzifələrini tutub.

Prezident İlham Əliyevin 11 fevral 2020-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2020-ci il mayın 13-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini təyin olunub.

2024-cü il martın 7-də isə Prezidentin Sərəncamı ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.

Elçin Yusubov ailəlidir, üç övladı var.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ