Ermənistanda son sutkada daha 152 nəfərdə COVID-19 aşkarlanıb.
7NEWS.Az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 343 997-yə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 7 921-ə yüksəlib.
Hazırda ölkədə 5 301 aktiv koronavirus xəstəsi var.
7NEWS.Az







