Ermənistanda son gündə koronavirusa 194 yeni yoluxma qeydə alınıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumən Ermənistanda koronavirusa yoluxan 227.716 nəfər qeydə alınıb. Hazırda 3.503 nəfər müalicə olunur, 218.529 nəfər sağalıb, son gündə 3 nəfər olmaqla, 4.572 xəstə ölüb.








