Ermənistanın Nubaraşen ərazisində yerləşən hərbi hissənin silah anbarında bir neçə gün əvvəl partlayış baş verib.
Bu barədə "Jogovurd” qəzeti xəbər verir.
Nəşr xəbər verir ki, ölən və zərər çəkənlər yoxdur.
Hadisənin baş vermə səbəbləri barədə məlumat almaq üçün Ermənistan Müdafiə Nazirliyinə müraciət edilib. Lakin sorğuya cavab olaraq ER MN mətbuat katibi Arçrun Ovannisyan bildirib ki, hərbi hissədə partlayış baş verməyib.
"Hərbi hissədə hər hansı silah anbarı partlamayıb. Qeyd olunan vaxtda əşya anbarında yanğın olub. Nəticədə heç kəs xəsarət almayıb. Hazırda xidməti araşdırma aparılır.”- deyə Ovanisyan bildirib./oxu
7news.Az








