RU
Ermənistanda silah anbarı partlayıb
10:34
408

Ermənistanda silah anbarı partlayıb

Ermənistanın Nubaraşen ərazisində yerləşən hərbi hissənin silah anbarında bir neçə gün əvvəl partlayış baş verib.

Bu barədə "Jogovurd” qəzeti xəbər verir.

Nəşr xəbər verir ki, ölən  və zərər çəkənlər yoxdur.

Hadisənin baş vermə səbəbləri barədə məlumat almaq üçün Ermənistan Müdafiə Nazirliyinə müraciət edilib. Lakin sorğuya cavab olaraq ER MN mətbuat katibi Arçrun Ovannisyan bildirib ki, hərbi hissədə partlayış baş verməyib.

"Hərbi hissədə hər hansı silah anbarı partlamayıb. Qeyd olunan vaxtda əşya anbarında yanğın olub. Nəticədə heç kəs xəsarət almayıb. Hazırda  xidməti araşdırma aparılır.”- deyə Ovanisyan bildirib./oxu

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ