Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 72 yoluxma halı qeydə alınıb.
7News.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 223 050 nəfərə çatıb.
Son sutka ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4448 nəfərdir.








