RU
Ermənistanı cinsi azlıqlar idarə edir - SİYAHI
15:40
767

Ermənistanı cinsi azlıqlar idarə edir - SİYAHI

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" və "Vətəndaş Təşəbbüsü" koalisiyaları iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərinə "tam hazır" olduqlarını bəyan etmişdilər.

Bu koalisiyanın Ermənistanın Mərkəzi Seçki Komissiyasında təsdiqlənmiş siyahısı maraqlıdır. Beləliklə, siyahının ilk mövqelərindəki şəxslərə nəzər salaq.

1. Nikol Paşinyan - "Həyat Sözü" totalitar dini sektanın mənsubu

2. Tiqran Avinyan - baş nazirin birinci müavini, "İsa Kilsəsi" sektasının mənsubu, homoseksual

3. Lilit Makuns - "Mənim Addımım"ın parlament fraksiyasının rəhbəri, "Həyat Sözü" sektasının mənsubu, biseksual

4. Arsen Torosyan - baş nazir Aparatının rəhbəri, "Həyat Sözü" sektasının mənsubu

6. Araik Harutyunyan - baş nazirin müşaviri, "Yeqova Şahidləri" sektasının mənsubu, homoseksual

7. Armen Qriqoryan - Təhlükəsizlik Şurasının katibi, "İsa Kilsəsi" sektasının mənsubu, biseksual

Nikol Paşinyanın "komanda"sının üzvlərinin tam əksəriyyəti cinsi azlıq və totalitar dini sektaların mənsublarıdır. Ermənistanda LGBT mənsublarının hüquqlarının qorunduğu bəyan edilsə də, ermənilər məişət səviyyəsində belə şəxslərə çox pis, sərt münasibət bəslədikləri vurğulayırlar.

Fəqət, statistika göstərir ki, Ermənistanda cinsi azlıq mənsublarının sayı sürətlə artır. İş o yerə çatıb ki, Ermənistan Silahlı Qüvvələrində yüzlərlə homoseksualın hərbi xidmətdə olduğu vurğulanır.

Xaricdəki beynəlxalq fondlar və təşkilatlar tərəfindən maliyyələşdirilən, Ermənistanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının sıralarında dini sekta mənsubları ilə cinsi azlıq nümayəndələri daha çoxdur.

2019-cu ilin aprelin 5-də Ermənistan parlamentinin tribunasında transgender Lilit Martirosyanın çıxışından sonra isə vəziyyət daha da qarışıq forma almışdı.

Əsl ad və soyadı Vaqarşak Martirosyan olan Lilit ölkənin o dönəmdəki rəhbərliyini LGBT mənsublarına qarşı dözülməz, aqressiv münasibətdə, Ermənistandakı cəmiyyəti isə "mağara təfəkkürü"ndə suçlayandan sonra sosial şəbəkələrdə və mediada V.Martirosyana qarşı hücumlar başlanmışdı.

İndi isə V.Martirosyan Ermənistan "vətəndaş cəmiyyətində və siyasətində ciddi yer tutan" şəxslərdən birinə çevrilməyə başlayıb.

LGBT və dini sekta mənsubları sadəcə, N.Paşinyanın komandası deyil.

Ermənistanın sabiq prezidenti, hazırda seçkilərə qatılaraq baş nazir olmağa çalışan Robert Köçəryanın lider olduğu "Hayastan" koalisiyasında sözügedən şəxslərdən 9, sabiq prezident Serj Sarqsyanın koalisiyasında isə 8 nəfər var.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ