RU
Ermənistanı tərk edənlərin sayı artır: ilin sonuna qədər...
18:00
2227

Ermənistanı tərk edənlərin sayı artır: ilin sonuna qədər...

İlin sonunadək Ermənistanı 240 min insan tərk edəcək.

"Ölkə.Az” news.am-a istinadən xəbər verir ki, bunu "Beyin hücumu: seçkidən sonrakı Ermənistan, reallıqlar və gözləntilər” konfransında iqtisadçı ekspert Tatul Manaseryan deyib.

"Əgər Ermənistandan gedən 10 miqrantdan bir geri dönmürdüsə, indi isə 3-ündən biri geri dönmür. Bu da çox mənfi göstəricidir və demoqrafik prosesə ciddi təsir göstərir. Bu, eyni zamanda ölkədə kişi ilə qadın arasında demoqrafik mütənasibliyə də öz mənfi təsirirni göstərir.

Məhz bunun nəticəsində qadınlaırn reprodiktivlik göstəricisi 40 faiz aşağı enib”- o qeyd edib.

Ermənistan iqtisadiyyatı haqqında məlumat verən ekspert bildirib ki, aqrar sektorda müəyyən canlanma olsa da, bu yetərli deyil:

"Çünki 2021-ci ilin  birinci rübünün göstəcilərinə görə, ötən ilin analoji dövrü ilə müqayisədə ÜDM 3,3% azalıb, ilin ötən ilin sonundakı göstərici ilə müqayisədə isə 34,8% azalma  qeydə alınıb. Bu da ölkədə köçü sürətləndirən amillərdən biridir”. 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ