RU
Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc edilib, sənəddə Müstəqillik Bəyannaməsinə istinad yoxdur
11:30
23

Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc edilib, sənəddə Müstəqillik Bəyannaməsinə istinad yoxdur

Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc edilib.

Ermənistan mediası xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

Paşinyan hazırda canlı yayımda xalqa müraciət edir.

Ermənistanın yeni Konstitusiyasının layihəsi bu məqsədlə yaradılmış xüsusi saytda yerləşdirilib.

Paşinyan qeyd edib ki, sayt vətəndaşların yeni Konstitusiya layihəsini oxuması və təkliflərini təqdim etməsi üçün yaradılıb

Qeyd edilib ki, yeni Konstitusiyanın layihəsinin preambulasının mətnində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yoxdur.

Qeyd edək ki, Paşinyan hökumətin iclasında müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirməyi təklif edərək, onun rədd ediləcəyi təqdirdə, istefa verəcəyini, qəbul ediləcəyi halda isə növbəti seçkilərdə Baş nazir vəzifəsinə namizəd olmayacağını bildirib.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ