RU
Ermənistanın yük maşınları Rusiya-Gürcüstan sərhədində qalıb
19:00
116

Ermənistanın yük maşınları Rusiya-Gürcüstan sərhədində qalıb

Gürcüstan-Rusiya sərhədində yerləşən Yuxarı Lars sərhəd-keçid məntəqəsində Ermənistana məxsus 500-ə qədər yük maşını qalıb.

Hər ötən gün ərazidə daha 10-15 yük maşını artır.
Ermənistanın Yuxarı Lars sərhəd-keçid məntəqəsindəki gömrük attaşesi Aram Tananyanın sözlərinə görə, Gürcüstan və Rusiya tərəfdən ümumilikdə, 2000-ə qədər yük maşını ərazidə toplanıb.

Yük maşınlarının hərəkətində problemin yaranması güclü qar və borana görə baş verib. Yolda hərəkətin yaxın 3-4 gün ərzində bərpasının mümkün olmayacağı bildirilir./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ