Bu il daha çox vətəndaşın ipoteka kreditindən yararlanmaq imkanı olacaq.
Çünki dövlət büdcəsindən ipoteka kreditlərinə ayrılan vəsaitin həcmi artırılıb.
7News.Az xəbər verir ki, iqtisadçı ekspert Ruslan Atakişiyev "Xəzər Xəbər”ə
açıqlamasında dövlət büdcəsindən ipotekaya ayrılan vəsaitin həcminin ötən
illə müqayisədə artdığını bildirib.
"İpoteka haqqında” qanuna edilən dəyişiklikləri şərh edən Ruslan Atakişiyev
qeyd edib ki, yeniliklərdən biri ipoteka predmeti olan girovun satışa çıxarılması
tələbi ilə bağlıdır.
Ekspertin sözlərinə görə, yeni qaydalarla girov sahibinə əlavə imkanlar yaradılacaq.
Problemlərlə bağlı müştərinin xəbərdar edilməsi qaydalarında da yenilik edilib.
İndiyədək mövcud olan qaydalara görə, müştəri o vaxt xəbərdar edilmiş sayılırdı ki,
bildiriş ona şəxsən çatdırılsın. İndi isə bank bu barədə məlumatı müştəriyə sifarişli
poçtla və elektron poçtla yollayacaq. Poçt vasitəsilə göndərilmis rəsmi bildiriş onun
poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla
göndərilmiş bildiriş isə 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:








