RU
Çexiyada peyvənd olunmayanlar üçün karantin tətbiq edildi
11:00
163

Çexiyada peyvənd olunmayanlar üçün karantin tətbiq edildi

Çexiyada noyabrın 22-dən etibarən peyvənd olunmayan və COVID-19-a yoluxmayanlar üçün karantin rejimi tətbiq edilib.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, həmin şəxslərə 2022-ci ilin fevral ayının sonuna qədər mağazalara (əsas tələbat məhsullarının satıldığı və apteklərdən başqa), restoranlara və digər ictimai iaşə obyektlərinə, kinoteatra daxil olmaq, mədəniyyət, idman tədbirlərinə və kütləvi aksiyalara qatılmaq qadağan edilib.

Hazırda Çexiyada noyabr ayından başlayan məktəblilərdən mütəmadi olaraq koronavirus testi götürülməsi, həmçinin müəssisə və firma işçilərinin həftəlik testdən keçirilməsi prosesi davam etdirilir. Bu zaman isə yalnızca PCR-testərdən istifadə olunur.

 

Ümumilikdə isə ölkədə 6,24 milyon nəfər koronavirusa qarşı vaksin olunub ki, bu da peyvənd oluna bilən yaş kateqoriyasındakı insanların 70%-dən bir qədər çoxunu təşkil edir.

Hazırda respublikada 203,1 min nəfər koronavirus xəstəsi var. Onlardan 4,1 min nəfəri xəstəxanalara yerləşdirilib. Pandemiya ərzində isə bu ölkədə 32 mindən çox insan dünyasını dəyişib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ