RU
Fəxrəddin Altun:
21:00
540

Fəxrəddin Altun: "Türkiyəyə barmaq silkələyənlərin, bu gün təriflər yağdırmasının başqa izahı yoxdur"

 "Rusiya-Ukrayna müharibəsiilə bağlı İstanbul prosesi hələ də atəşkəsin təmin olunması və sülhün bərqərar olması baxımından ən mühüm fürsət kimi beynəlxalq ictimaiyyətin qarşısında dayanır. Bu baxımdan Prezidentimizin də qeyd etdiyi kimi, hər kəs İstanbul prosesini dəstəkləməlidir".

Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Rusiya-Ukrayna Müharibəsi və Türkiyəyə Təsirləri: Təhdidlər və Fürsətlər” mövzusunda keçirilən tədbirdəki çıxışında deyib.

Ətraflı
Fəxrəddin  Altun deyib ki, başda Avropa olmaqla bütün dünyanı təsiri altına alan Ukraynadakı müharibənin Türkiyədən də yan keçməyib.

Prezident Ərdoğanın həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenski ilə yaxın dialoqunu prosesin əvvəlindən böhranın həlli və gərginliyin azaldılması üçün fürsət kimi istifadə etdiyini xatırladan Altun sülh diplomatiyasını müxtəlif ölkələrin və beynəlxalq qurumların rəhbərlərini də prosesə daxil edərək həyata keçirdiyini ifadə edib:
"Türkiyə bu prosesdə nümayiş etdirdiyi səmimi və real töhfələrlə həm Rusiya, həm də Ukraynanın etimadını qazandı və iki ölkə arasında seçim etməyə məcbur edilə bilməyəcəyini göstərdi. Türkiyə əvvəlcə Antalya Diplomatiya Forumu çərçivəsində, daha sonra Dolmabaxça sarayında danışıqlar masasının yaradılması təşəbbüsü ilə çıxış etdi. Digər tərəfdən hesab edirəm ki, bütün beynəlxalq aktyorlar Türkiyənin xüsusi çəkisini və təsirini görmüş oldular. Qərb paytaxtlarında Türkiyəyə xor baxan və guya onu yola gətirmək məqsədilə nümayiş etdirilən yanaşmalar və bunun əsasında qurulan geosiyasi proseslər iflasa uğrayıb. Dünənə qədər Türkiyəyə barmaq silkələyənlərin, dərs verməyə çalışanların bu gün bizə təriflər yağdırmasının başqa izahı yoxdur. Bu baxımdan indiki vəziyyət Qərbi Türkiyə ilə yeni münasibət tərzini mənimsəmək məcburiyyətində qoyur”./olke
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ