RU
Filadelfiyada insanlara atəş açılıb, ölənlər var
15:30
690

Filadelfiyada insanlara atəş açılıb, ölənlər var

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində baş verən silahlı hücum nəticəsində azı 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bunu "ABC” məlumat yayıb.

Polis nümayəndəsinin sözlərinə görə, iyunun 5-nə keçən gecə bir neçə nəfər şəhərin küçələrindən birində insanların sıx toplaşdığı ərazini atəşə tutublar.

Daha sonra cinayətkarlar silahları yerə ataraq qaçıblar.

Polis hücum edənləri şəxsiyyətini müəyyənləşdirmək və onları tapmaq üçün müşahidə kameralarının görüntülərini araşdırır./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ