Finlandiyanın müdafiə naziri Antti Kaykkönen ölkəsinin gələn ilin yayına kimi NATO-ya üzv olacağını düşünür.
Kaykkönen Finlandiyanın NATO-ya üzv olmasının alyansın 2023-cü il iyulun 11-12-də keçiriləcək Vilnüs sammitindən əvvəl baş verə biləcəyini açıqlayıb.
Nazir Finlandiyanın NATO-ya üzvlük meyarlarına cavab verdiyini, Finlandiya, İsveç və Türkiyənin Madrid sammitində imzaladığı anlaşma memorandumuna sadiq olduğunu vurğulayıb.
"Düşünürəm ki, Vilnüs sammiti zamanı Finlandiyanın NATO-ya üzv olacağına inanmaq üçün kifayət qədər əsaslar var”, - o qeyd edib./olke
7NEWS.Az








