RU
Fransa irimiqyaslı hərbi dəniz təlimlərinə başladı
20:20
660

Fransa irimiqyaslı hərbi dəniz təlimlərinə başladı

Fransa öz tarixində ən nəhəng hərbi dəniz təlimlərinə başlayıb.

7NEWS.Az "Naval News”a istinadən xəbər verir ki, "POLARIS 21” adlanan təlimlər Aralıq dənizinin qərb hissəsində və ölkənin Atlantik sahillərində keçiriləcək.

Fransız donanmasının sahib olduğu gəmilərin demək olar ki, yarısı təlimlərə cəlb olunacaq. 

 

Təlimlərdə Hərbi Hava Qüvvələrinin və ordunun bölmələri də iştirak edəcək. Bundan əlavə, "POLARIS 21” təlimlərində ABŞ, İspaniya, Yunanıstan, İtaliya və Böyük Britaniyadan olan döyüş gəmiləri və təyyarələrinin iştirakı da gözlənilir.

Bu irimiqyaslı təlimlər dekabrın 3-nə qədər davam edəcək.

 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ