RU
Fransa sığorta şirkətləri quraqlığa görə rekord kompensasiya ödəyəcək
21:50
194

Fransa sığorta şirkətləri quraqlığa görə rekord kompensasiya ödəyəcək

Fransada bu il quraqlığın nəticələri sığortaçılara 2,4 milyard avroya qədər rekord məbləğə başa gələ bilər.

Bu barədə "Frans Press" agentliyi Fransa Sığorta Cəmiyyətləri Federasiyasının hesabatına istinadən məlumat yayıb.

Üstəlik, bu cür ödənişlər, ekspertlərin dediyi kimi, yalnız quraqlıqdan zərər çəkmiş və təbii fəlakət rejiminin tətbiq olunduğu kommunalarda yerləşən binalara dəymiş ziyanla əlaqələndirilir. Kənd təsərrüfatına dəyən zərər ayrıca sığorta maddəsi ilə ödənilir.

Federasiya prezidenti Florens Lustmanın sözlərinə görə, qlobal istiləşmə quraqlığı ciddi təhlükəyə çevirib.

2022-ci il Fransa üçün təbii fəlakət rejimi tarixində 2003-cü ilin antirekordunu qıraraq ən quraq il ola bilər./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ