Fuad Əsgərov : "İrsi qan xəstələri kütləvi olaraq Hepatit C virusuna yoluxub. Sonu ölümdür ...” bu sözləri irsi qan xəsətliyi olan, Hemofiliyadan əziyyət çəkən, ictimai xadim və ölkənin qan xeyriyyəçisi Fuad Əsgərov bildirib.
Hemofiliyalı şəxslər mütamadi olaraq qandan hazırlanan qan preporatı plazmadan istifadə edirlər. Təxminən 2000-ci illlərə qədər qan və qan preporatlarından yəni plazmadan istifadə edən irsi qan xəstələrində (Hemofiliya, leykimiya və talassemiya) kütləvi Hepotit C virusuna yoluxma halları olub. Onlardan biridə mənəm. Təəssüf hissi ilə bildirirəm ki, virusa yoluxanlarla bağlı müalicəsi üçün Səhiyyə Nazirliyi tərəfindən heç bir ölçü götürülməyib. Amma virusa yoluxmaya səbəb könüllü və təmənnasız verilən qanlarda təmiz kimyəvi labarator müainələrinin aparılmaması olub. Düzdür yeni nəsildə bu problem aşkarlanmayıb çünki hazırda virusu aşkarlayan preporatlar daha müasirdir.
Hepatit C virusu olduqca ciddi bir virusdur və zamanla qara ciyər serrozuna səbəb olaraq öldürücü hala gəlir. Müalicəsi yetərli qədər bahalıdır və irsi qan xəstələri bu müalicəni apara bilmirlər çünki, anlizlər özəl kliniklarda bahalı qiymətlərlə aparılır. Səhiyyə Nazirliyi bu xəstələrə sahib çıxmalı və dövlət hesabına müalicə və müainələrini aparmalıdır.
Düşünürəm yaşı 25-dən yuxarı olan bütün qan xətələri bu virusun qurbanıdır və xroniki halda virusla yaşayırlar amma bu bir həddə qədərdir. Mütamadi qara ciyər və dalağa mənfi təsir edən dərmanlardan istifadə etdikləri üçün qara ciyər serrozuna çeviriləcəkdir. Səhiyyə Nazirliyi bu insanların müalicəsini öz üzərinə götürməli yada onlara kompensaçiya ödəməlidir. Bu birmənalı belə olmalıdır. Əks halda xəstələr nazirliyi sağlamlıqlarına ziyan vurulduğu üçün məhkəməyə müraciət etməli olacaqdırlar.








