Bu ilin sonunda Cənubi Koreyanın paytaxtında “Gangnam Style” rəqsinə heykəl qoyulacaq.
PSY (Pak Çe San) tərəfindən oynanılan rəqsin çarpazlanmış əl elementi ölümsüzləşdiriləcək.
Layihənin müəllifi heykəltəraş Xvanq Man-Seokdur. Seullular da heykəltəraşın ideyasını dəstəkləyərək, bunun məşhur turist obyektinə çevriləcəyi qənaətindədirlər. Heykəl iri ticarət mərkəzi olan Kannamqu şəhərində ucaldılacaq.
Qeyd edək ki, “Gangnam Style” mahnısı 2012-ci ildə dünya şöhrəti qazanıb. Mahnıya çəkilmiş klip “Youtube”da 2,4 milyard baxışla izlənilmə rekordu qırıb./axsam.az
7news.az








