RU
Yelo Bank-ın dəstəyi ilə Bakının ritmi “Şəhərin səsi”ndə canlanacaq!
13:13
26

Yelo Bank-ın dəstəyi ilə Bakının ritmi “Şəhərin səsi”ndə canlanacaq!


Bakı sadəcə memarlıq və küçələrdən ibarət deyil, o həm də bir ritm, bir enerjidir. Yelo Bank-ın dəstəyi, Azərbaycan Şəhərsalma Kampaniyası və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF 13) ərəfəsində "Bakı Şəhərsalma Həftəsi” çərçivəsində paytaxtımızda "Şəhərin səsi” adlı xüsusi mədəni proqram keçiriləcək. Bu layihə şəhər enerjisini rəqəmsal incəsənət və müasir musiqinin unikal sintezi ilə bir araya gətirir.

16 may tarixində Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının unikal tarixi atmosferi audiovizual performansların, "videomapping" və elektron musiqinin sintezi ilə tamamilə yeni bir formaya bürünəcək. Səbinə Şıxlinskayanın kuratorluğu ilə hazırlanan vizual proqram və tanınmış DJ-lərin çıxışları Bakının çoxqatlı kimliyini fərqli bir rakursdan nümayiş etdirəcək.

Yelo Bank yaradıcı sənayelərin inkişafına və şəhər mədəniyyətinin müasir transformasiyasına töhfə verməkdən qürur duyur. Sizi də bu immersiv təcrübənin bir hissəsi olmağa və Bakının ritmini bizimlə birgə hiss etməyə dəvət edirik. Giriş ödənişsizdir, lakin qeydiyyat mütləqdir. Qeydiyyatdan keçmək üçün link: https://ylb.az/4nwgnDV. 

Bank xidmetleri barədə əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ