RU
BƏƏ sahillərində ticarət gəmisi ələ keçirildi - İran istiqamətində aparılır
14:20
27

BƏƏ sahillərində ticarət gəmisi ələ keçirildi - İran istiqamətində aparılır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) suları yaxınlığında bir ticarət gəmisi ələ keçirilib və hazırda İran istiqamətində hərəkət edir.

Bu barədə Böyük Britaniya Krallıq Donanmasının (HDQ) Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) açıqlama yayıb.

Qeyd olunub ki, UKMTO BƏƏ-yə məxsus Fujayra şəhərinin şimal-şərqindən 38 dəniz mili (təxminən 70 km - red.) məsafədə baş vermiş insidentlə bağlı bildiriş alıb:

"Gəmi şirkətinin təhlükəsizlik üzrə nümayəndəsi bəyan edib ki, layner lövbər saldığı yerdə ələ keçirilib və o, hazırda İranın dəniz sərhədlərinə doğru istiqamətlənib".

Hadisə ilə bağlı başqa təfərrüat açıqlanmayıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ