Türkiyənin Çorum şəhərində faciəli hadisə baş verib.
5 aylıq hamilə olan Rüveyda Altuntaş evdə göbələk yedikdən sonra qəfil halı pisləşib.
Əri təcili yardım çağırıb və qadın xəstəxanaya aparılıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, həm ana, həm də bətnindəki körpə həyatını itirib.
Qadının cəsədi ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün morqa göndərilib, faktla bağlı araşdırma başlanılıb.









