7News.az xəbər verir ki, Sivasın İmranlı rayonunda göbələk yığmaq üçün çöllərə gedən 45 yaşlı kişi ayı hücumuna məruz qalıb. Ayı ilə mübarizə zamanı barmağı kəsilən şəxs mobil telefonundan istifadə edərək kömək çağırıb. O, axtarış-xilasetmə qrupları tərəfindən yaralı halda tapılaraq xəstəxanaya çatdırılıb. Onun səhhətinin yaxşı olduğu, həyati təhlükəsinin olmadığı bildirilib.








