Səhiyyə Nazirliyinin baş endokrinoloqu, professor Rafiq Məmmədhəsənov son zamanlar hər xırda problemdə pasiyentlərə hormonal tərkibli preparatların yazılmasına həvəsli olan həkimlərə iradını bildirib.
7News.Az medicina.az-a istinadən xəbər verir ki, professor bildirib ki, hormonal təsirli preparatlar yalnız o halda tətbiq oluna bilər ki, artıq bundan başqa həkimin əlində digər vasitə, çıxış yolu qalmayıb:
"Hormonlar özü-özünü tənzimləyir. Əvvəl elə bilirdilər, hormonal funksiyanın tənzimləsinin baş orqanı hipofizdir. Sonra gördülər yox, beynin hipotalamus adlanan hissəsi hipofizin də fəaliyyətinə nəzarət edir. Hər şeyi o tənzimləyir. Axşam 9-10-da yeyirsən, yatdın, 12 saat acdır xəstə, bəs niyə şəkər aşağı düşmür. Qaraciyər yatmır, siqnal gedir, işləyir.
Hormonal dərmanlar o halda istifadə oluna bilər ki, artıq bundan başqa həkimin əlində heç bir vasitə qalmayıb. Yoxsa elə birinci dəfədən hormonal dərman yazmaq olmaz. Revmatoid artritdə məcburuq yazaq. Bir də varbu dərmanların həvəskarıdırlar. Hə, gəl bir hormonal yazım, düzələcək. Hormonlara, vəzilərə toxunmaq olmaz. Mən tərəfdarı deyiləm. Hormonal preparatlar ən axırıncı yazılmalı dərmanlardır.
Aptekdə də açıq satılır, özbaşına almaq olmaz. İnsanlarımız bir az maariflənməlidir. Hamı rahata, asana qaçır. Fikirlərdə inqilab getməlidir. Xəstə elmli, məlumatlı olsa, onda həkimin də işi asanlaşar. İnsanlar da həkimləri başa düşmür.
Valideynlər uşaqlarının endokrinoloji sistemini bilərəkdən, ya savadsızlıqdan, bilməyərəkdən pozur. Uşaq ki, piyləndi, çox kökəldi, deməli, onun cinsi inkişafında hormonal problemlər baş qaldıracaq, ya da gələcəkdə diabeti olacaq".
7News.Az








