Bir neçə gün əvvəl itkin düşdüyü deyilən Göyçayın Veysəlli kənd sakini Sevinc Nəzərovanın sevdiyi oğlana qoşulub qaçması barədə xəbər vermişdik. Onlar yaxın günlərdə rəsmi qaydada nikah bağlayacaqlarını demişdilər. Əməkdaşlarımız gənc qızın qoşulub qaçdığı Hüseyn Əlizadənin ailəsi ilə görüşüblər. Oğlanın yaxınları da toy etmək istədiklərini bildiriblər.
Hüseyn Əlizadənin ailəsi toy etmək istəyir, qız evini də barışığa dəvət edirlər.
7news.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət bir müddətdir itkin kimi axtarılarkən qoşulub qaçan göyçaylı və ağdaşlı gənclərdən gedir. Göyçayın Veysəlli kənd sakini, 21 yaşlı Sevinc Nəzərova və Ağdaşın Xosrov kənd sakini, 22 yaşlı Hüseyn Əlizadə hələ də ortaya çıxmır. Qızın ailəsinin izdivaca razılıq verməməsi gənclərin normal evlənməsinə mane olur.
Oğlanın yaxınları bildirir ki, el adəti ilə elçi getmək istəsələr də qızın ailəsi buna razılıq verməyib.
Hüseynin anası deyir ki, oğlunun qız qaçırması xəbərini qohumlarından eşidib. Hazırda gənclərin harada olduğunu bilmirlər.
Hüseynin yaxınlarının sözlərinə görə, qız evi barışığa razı olsa və problem yaratmasalar, yaxın günlərdə el adəti toy etmək istəyirlər. Yaxın günlərdə gənclərin rəsmi nikahı reallaşacaq. Hər iki tərəf barışğa dəvət edilib ki, gənclər xoşbəxt olsunlar.
Yaxınlarının sözlərinə görə, qız evi ilə razılaşdıqdan sonra Hüseyn və Sevinc Ağdaşın Xosrov kəndinə gələcəklər və burada da toy olacaq.
7news.Az








