Gəncə Beynəlxalq Xəstəxanası sabiq Vergilər naziri Fazil Məmmədovla bağlı məlumatı təkzib edib.
7News.Az xəbər verir ki, Gəncə Beynəlxalq Xəstəxanasının qəbul şöbəsindən yeniavaz.com-a verilən açıqlamada yayılan məlumatların əsassız olduğu bildirilib.
"Bizdə belə məlumat yoxdur. Fazil Məmmədov Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilməyib" deyə xəstəxanadan qeyd edilib.
Xatırladaq ki, bu gün mətbuatda keçmiş Vergilər naziri Fazil Məmmədovun səhhətində yaranan problemlə əlaqədar olaraq Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.
7News.Az








