RU
Gəncədə 9 may “Qələbə günü” münasibəti ilə tədbir keçirilib
13:21
1420

Gəncədə 9 may “Qələbə günü” münasibəti ilə tədbir keçirilib

Gəncədə 9 May faşizm üzərində qələbənin 72-ci ildönümünə həsr olunan tədbir keçirilib. Tədbir Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun barelyefi önündə təşkil olunub. Mərasimə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, veteranlar, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri qatılıb.  Birinci müavin İsrafil Məmmədovun abidəsi önünə əklil qoyub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Gəncə Dövlət Dram Teatrının aktyorları Mir Cəlal Paşayevin "Ərik ağacı” əsəri əsasında səhnələşdirilən tamaşada bir parça nümayiş etdiriblər.  Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədov bildirib ki, hazırda 15 nəfər müharibə iştirakçısı var. Bu il 4 nəfər veteran dünyasını dəyişib. Arxa cəbhə iştirakçılarının sayı 71 nəfərdir.  Sinəsini müxtəlif orden və medallar bəzəyən müharibə veteranları onlara göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıq ediblər.  KİV nümayəndələri və şəhər sakinləri veteranlarla xatirə şəkilləri çəkdiriblər. Onların müharibə illəri ilə bağlı xatirələrini dinləyiblər.   Bildirək ki, 2-ci Dünya müharibəsində Gəncə şəhərindən 16.000 nəfər vuruşub. Onlardan 2000 nəfəri müharibədə həlak olub.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ