RU
Gəncədə nöqsanlar aşkarlanan çörək sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
20:17
24

Gəncədə nöqsanlar aşkarlanan çörək sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, qurumun Gəncə regional bölməsinin əməkdaşları Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, ev 91 ünvanında fəaliyyət göstərən Nəsimi Əlipolad oğlu Abbaszadəyə məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib.

Bu zaman texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. İstehsal müəssisəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, emal prosesində istifadə olunan suyun, bütün alət və avadanlıqların təmiz olmadığı, işçilərin şəxsi gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib edilərək, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
 
Gəncədə nöqsanlar aşkarlanan çörək sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

Gəncədə nöqsanlar aşkarlanan çörək sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
Gəncədə nöqsanlar aşkarlanan çörək sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ