7News.az xəbər verir ki, Özbəkistanda latın qrafikalı özbək əlifbasının Türk dünyasında istifadə olunan ortaq əlifba ilə uyğunlaşdırılmasını nəzərdə tutan qanun qəbul edilib. AK Partiyanın Türk dövlətləri ilə əlaqələr üzrə rəhbəri Kürşad Zorlu bildirib ki, Özbəkistanda Türk dünyası ilə uyğun əlifbaya keçid məqsədilə qəbul edilən bu qanun Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir.








