RU
lombard
Gəncədə Türkiyə vətəndaşı vuruldu
21:05
435

Gəncədə Türkiyə vətəndaşı vuruldu

Bu gün axşam Gəncədə Türkiyə vətəndaşını maşın vurub.

7news.az "Report"-a istinadən bildirir ki, hadisə şəhərin Atatürk prospektində baş verib.
Mehmet Kara Murat adlı Türkiyə vətəndaşı yolu keçərkən "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub.
Zərəçəkmiş yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Növbətçi həkim Rafael Əsədov bildirib ki, xəstənin vəziyyəti orta ağırdır. Hadisəni törədən sürücü saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ