RU
Gəncənin deputatı dəhşətli partlayışdan DANIŞDI:
11:47
387

Gəncənin deputatı dəhşətli partlayışdan DANIŞDI: "Bakıdan dəstək göndərilib"

Xəbər verdiyimiz kimi, Gəncədə yaşayış binasında partlayış baş verib. 

Bununla bağlı 7News.Az-a açıqlama verən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, bu xəbər məni çox üzdü:

"Dövlətimiz tərəfindən nə lazımdırsa edilir. Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi hazırda hadisə yerindədir. Bu bədbəxt hadisənin olmasını heç kim istəməzdi. Xilasetmə işləri davam edir. Xəstəxanaya gedənlər var. Amma neçə nəfər olması barəsində məndə dəqiq məlumat yoxdur. Bakıdan da dəstək göndərilib ki, xilasetmə işlərində heç bir problem yaşanmasın”.
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ