RU
Gürcüstan hökuməti daha bir il məhdudiyyətlər tətbiq edə biləcək
23:50
1781

Gürcüstan hökuməti daha bir il məhdudiyyətlər tətbiq edə biləcək

Gürcüstan hökumətinin pandemiya dövründə fövqəladə vəziyyət elan etmədən məhdudiyyətlər tətbiq etməklə bağlı səlahiyyət müddəti 2023-cü ilin yanvarın 1-dək uzadılıb.

Ölkə parlamentinin bugünkü iclasında "İctimai sağlamlıq” haqqında qanuna bununla bağlı müvafiq düzəlişlər qəbul olunub.

Qanun layihəsi 77 səslə dəstəklənib, 4 deputat əleyhinə səs verib.

Sənədə əsasən, müddətin artırılmasının məqsədi hökumətin pandemiyanın yayılmasının qarşısını alması və proseslərin idarə olunması üçün mövcud hüquqi mexanizmin saxlanılmasıdır.

Qeyd edək ki, hökumətin qüvvədə olan səlahiyyət müddəti 2022-ci ilin yanvarın 1-də başa çatacaq./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ