RU
lombard
Gürcüstan KİV: Kvemo Kartli qubernatoru vəzifəsini tərk edir
22:50
1802

Gürcüstan KİV: Kvemo Kartli qubernatoru vəzifəsini tərk edir

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru Şota Rexviaşvili istefa verməyə hazırlaşır.

7NEWS.Az xəbər verir ki, bu barədə regional "TV4” telekanalı məlumat yayıb.

Bildirilib ki, Ş.Rexviaşvili fəaliyyətini Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət nazirinin idarəsində davam etdirəcək.

Onun yerinə müavini Giorgi Doxturaşvilinin təyin olunacağı ehtimal edilir.

Qeyd edək ki, Ş.Rexviaşvili 2018-ci ildən Kvemo Kartlinin qubernatoru olub. O, 2014-cü ildən qaçqınların işi və yerləşdirilməsi məsələləri üzrə nazir müavini, 2012-2013-ci illərdə Gürcüstan baş prokurorunun müavini, 2004-2088-ci illərdə isə Kvemo Kartli bölgəsinin prokuroru vəzifələrində çalışıb.
 
 
7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ