RU
Gürcüstan vətəndaşlarının Bolqarıstana səfərinə qadağa qoyulub
11:30
197

Gürcüstan vətəndaşlarının Bolqarıstana səfərinə qadağa qoyulub

Bolqarıstan hökuməti koronavirusla bağlı Gürcüstan vətəndaşlarının ölkəyə səfərinə qadağa qoyub.

Bolqarıstan səhiyyə nazirinin 24 iyul tarixli əmrinə əsasən, iyulun 26-dan Gürcüstan vətəndaşları Bolqarıstana səfər edə bilməz.

Hazırda Bolqarıstana koronavirusun yayılma səviyyəsinə görə "yaşıl” və sarı” zonalara daxil olan ölkələrin vətəndaşları buraxılır. "Qırmızı zona"ya daxil olan ölkələrin vətəndaşlarına Bolqarıstana səfər etmək qadağandır.

Qeyd edək ki, bundan əvvəl İsrail Gürcüstanı "qırmızı zona”ya daxil edib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ